Terminçilər bu məqalə sizin üçün ! C hərfi ilə başlayan bilmədiyimiz 10 termin | Banco.az

Terminçilər bu məqalə sizin üçün ! C hərfi ilə başlayan bilmədiyimiz 10 termin

Cəmiyyətdə hər kəs öyrənmək istəyir, bunun üçün çalışır. Düzü çox insanların fikrinə görə pul biznesdədi, elmdə deyil. Lakin biznesi idarə etmək üçün də iqtisadi terminləri və iqtisadi hadisələri düzgün analiz etmək lazımdır. Yəni tək praktiki bilgilərlə bahar olmur, nəzəri biliklərə də az da olsa ehtiyac vardır. Banco.az kollektivi də bunları nəzərə alaraq sizə C hərfi ilə başlayan 10 yeni termin təqdim edir. Uğur olsun !

1) Cank – geniş satış bazarına malik, lakin aşağı keyfiyyətli və ucuz qiymətli ixracat məhsullarına deyilir. Məs., alışqan.

2) Cari Aktivlər – dəyəri olan və müəyyən dövr ərzində pula çevrilə bilən, yəni likvid əmlakdır. Bu aktivlər ona görə “cari” hesab olunur ki, fasiləsiz olaraq istehsalatdan keçir.

3) Cari Emissiya – bazara buraxılmış dövlət  qiymətli kağızlarının vaxtına görə sonuncu emissiyasıdır.

4) Cari Əməliyyatlar Balansı – tədiyyə balansının bir hissəsi olub, müəyyən müddət ərzində ölkənin xalis ixracını ifadə edən balans.

Ölkənin xalis ixracı aşağıdakı düsturla hesablanır:

X = İ+V+P-D

Burada:

X – xalis ixrac;

İ – əmtəə və xidmətlər ixracı;

V – investisiyalardan əldə edilən xalis mənfəət;

P – xalis pul köçürmələri;

D – idxal.

5) Cirinq – iqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifadə edən anlayış.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı düsturla hesablanır:

C=B\Ş

Burada:

C – cirinq əmsalı;

B – məcmu borc kapitalının həcmi;

Ş – məcmu şəxsi kapitalın həcmi.

6) Cobber – London fond birjasında diler. Cobberin digər fond birjalarında fəaliyyət göstərən dilerlərdən fərqi ondadır ki, o, birja üzvü olmayan müştərilərə vasitəçilik xidməti göstərə, eləcə də broker funksiyalarını həyata keçirə bilmir.

7) Cari Passivlər – müəssisənin bir il ərzində ödəməli olduğu borclarıdır. Cari passivlərə ticarət kreditlərini və bir ildən az müddətə götürülmüş borcları misal göstərmək olar

8) Cari Likvidlik Əmsalı – müəssisənin likvidlik göstəricisi olub, onun qısamüddətli borc öhdəliklərinin yerinə yetirilməsi üçün cari aktivlərin mənbə kimi əlaqələrini göstərən əmsaldır. Bu əmsal cari aktivlərin cari öhdəliklərə bölünməsi ilə tapılır. 

9) Cari Hesab – kredit idarəsində təşkilatların, vəzifəli şəxslərin və ya vətəndaşların adına nağd və ya qeyri-nağd vəsaitləri qorumaq üçün rəsmiləşdirilmiş xüsusi uçot sənədləridir. 

10) Cari Valyuta Hesabı – müəssisəyə xarici valyuta ilə əməliyyatı həyata keçirməyə imkan verən bank hesabıdır. Valyuta hesabı Azərbaycan Respublikası Milli Bankının lisenziyası olan banklarda açıla bilər

Xəzər Aslanov. banco.az