Cəmiyyətdə hər kəs öyrənmək istəyir, bunun üçün çalışır. Düzü çox insanların fikrinə görə pul biznesdədi, elmdə deyil. Lakin biznesi idarə etmək üçün də iqtisadi terminləri və iqtisadi hadisələri düzgün analiz etmək lazımdır. Yəni tək praktiki bilgilərlə bahar olmur, nəzəri biliklərə də az da olsa ehtiyac vardır. Banco.az kollektivi də bunları nəzərə alaraq sizə B hərfi ilə başlayan 10 yeni termin təqdim edir. Uğur olsun !
1) Benefisiar – sığortaçı tərəfindən şəhadətnamədə göstərilən, sığorta ödənişi və kompensasiyası alan üçüncü şəxs.
2) Bessa – maliyyə bazarında, o cümlədən birjada qiymətli kağızların, eləcə də digər maliyyə alətlərinin məzənnəsinin aşağı düşməsi.
3) Beta – qiymətli kağızın kursunun dəyişməsi ilə ümumi bazar kursunun dəyişməsi arasında kəmiyyət nisbətini ifadə edən ölçü vahidi
4) Bibor – Bəhreyn “ofıor” pul bazarında iştirakçı banklar tərəfindən müəyyən edilən banklararası depozitlərin faiz dərəcəsi.
5) Bid – əvvəlcədən müəyyən olunmuş qiymət əsasında əmtəənin, işin, xidmətin satın alınması barəsində öhdəlik və ya öhdəlik müqaviləsi
6) Biznes Tənliyi – biznes tənliyi aşağıdakı formula şəklindədir:
R=İ+D-S R – gəlir;
İ – gəlir götürüləndən sonra təmiz aktivlərin artımı;
D – götürülən gəlir;
S – konkret vaxt ərzində dövriyyəyə buraxılmış əlavə kapitalın miqdarı.
7) Bonanza – mənfəətlə işləyən müəssisə.
8) Bonifikasiya – mövcud kredit dərəcələrini tənzimləmək məqsədilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kredit ehtiyacı olan subyektlərin subsidiyalaşdırılması.
9) Boykot – öhdəlik və vəzifələrdən qismən və ya tam imtina etmək yolu ilə iqtisadi mübarizə metodu, məqsədli iqtisadi təsir.
10) Brifinq – rəsmi şəxslərin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşü.
Xəzər Aslanov