Terminçilər bu məqalə sizin üçün ! B hərfi ilə başlayan bilmədiyimiz 10 termin | Banco.az

Terminçilər bu məqalə sizin üçün ! B hərfi ilə başlayan bilmədiyimiz 10 termin

Cəmiyyətdə hər kəs öyrənmək istəyir,  bunun üçün çalışır. Düzü çox insanların fikrinə görə pul  biznesdədi elmdə deyil. Lakin biznesi idarə etmək üçün də iqtisadi terminləri və iqtisadi hadisələri düzgün analiz etmək lazımdır.  Yəni tək praktiki bilgilərlə bahar olmur,  nəzəri biliklərə də az da olsa ehtiyac vardır. Banco.az kollektivi də bunları nəzərə alaraq sizə B hərfi ilə başlayan  10 yeni termin təqdim edir. Uğur olsun !

1) Babl

- Uğursuz, baş tutmamış maliyyə əməliyyatı.

- Müflis elan olunmuş müəssisə.

2) Balloter – açıq və ya gizli səsvermə yolu ilə birja əməliyyatları ilə bağlı mübahisəli məsələlərin həlli variantı. 

3) Banderol  

- Vergi və rüsuma cəlb edilən bir sıra əmtəələrin, malların üzərinə yapışdırılmış etiket (kağız) 

- Banklarda, digər kredit təşkilatlarında pul əskinazlarını, qiymətli kağızları və s. –ni dəstələmək üçün istifadə edilən möhkəm, şəffaf lent

4) Banderol Yığımı – vergiyə, rüsumlara cəlb edilən əmtəələrin üzərinə yapışdırılan banderolların satışı vasitəsilə əldə edilən vasitəli vergi (aksiz).

Ən sərfəli kredit üçün müraciət et

5) Bank Aksepti – bank tərəfindən borc sənədləri üzrə məbləğin ödənilməsi barəsində razılığın verilməsi, yaxud həmin məbləğin ödənilməsi ilə bağlı zəmanətin təqdim edilməsi.

6) Bank Bileti  

- Mərkəzi bank tərəfindən tədavülə buraxılan pul nişanı, əskinaz.  

-Bank tərəfindən emissiya edilən tədiyyə vasitəsi

7) Bank-“Drayv-in” – avtomobildən ayrılmadan xidmətlərdən istifadə oluna bilən bank təşkilatı. 

8) Bank-Konsorsium – səhmdarları bərabər paya malik banklar olan ixtisaslaşmış bank. 

9) Bank- Remitent – inkassa əməliyyatları ilə bağlı tapşırıq alan və bununla əlaqədar müxbir banka ödəniş sənədlərini təqdim edən bank. 

10) Bank Sindikatı – emitentə tədavülə buraxılan qiymətli kağızların birdəfəlik alışı və yerləşdirilməsi ilə bağlı zəmanət təqdim edən investisiya bankları qrupu və ya maliyyə institutları qrupu.