AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir. Bu dəfə, Sığortaçı avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi almış müştərilərinə "İKİTƏRƏFLI SIĞORTA" adlı unikal sığorta paketi hazırlamışdır.
AXA MBASK şirkətinin yeni "İKITƏRƏFLI SIĞORTA" məhsulu yol-nəqliyyət hadisəsi zamanı avtomobil sahiblərinin rahatlığını təmin etmək üçün hər iki tərəfi, yəni həm hadisənin baş verməsində təqsirli olan avtomobil sahibini,həm zərərcəkmiş üçüncü şəxsləri qoruma altlına alır.
Belə ki, sığorta hadisəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə yanaşı, sığorta hadisəsinin baş verməsində təqsirli şəxsin öz avtomobilinə dəymiş zərərlər də ödənilir.
Əlavə olaraq, bu məhsul sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlərin toplanması xərclərinin və hadisədən sonra həm sığortalının həm qarşı tərəfin nəqliyyat xərclərinin əvəzinin ödənilməsi kimi xidmətləri əhatə edir.
Yeni məhsulun daha bir üstünlüyü ondan ibarətdir ki, sığorta məbləği sığorta ödənişi verildikdən sonra azalmır və sığorta müddəti ərzində hər bir hadisəyə şamil edilir. Həmçinin bu məhsul üzrə azadolma tətbiq edilmir.
Bir daha qeyd edək ki,” İKİTƏRƏFLI SIGORTA” yalnız AXAMBASK sığorta şirkətində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sıgortası şəhadətnaməsi yazdırmış müştərilərinə təklif olunur.
"İkitərəfli sığorta" –nı əldə etmək üçün Bakıda və regionlarda şirkətin sizə yaxın olan sığorta agentliyinə müraciət etmək kifayətdir.
Daha ətraflı məlumat, (012) 950 nömrəsinə zəng edib və yahttp://www.axambask.az/az/icbari-57 linkə daxil olaraq almaq olar.