Təqaüd həyatı üçün ən yaxşı ölkələrin reytinqi açıqlanıb | Banco.az

Təqaüd həyatı üçün ən yaxşı ölkələrin reytinqi açıqlanıb

Fransanın "Natixis" investisiya bankının mütəxəssisləri təqaüd yaşına çatmış insanların rahat yaşaması üçün ən yaxşı ölkələrin siyahısını ("Natixis" Qlobal Təqaüd İndeksi – 2020) tərtib edib.

Dünyada təqaüd yaşında olan insanların firavan həyatına inam təhlükə altındadır. Əvvəldən qeyri-sabit olan vəziyyəti daha da gərginləşdirən əsas amil COVID-19 pandemiyası olub.

Reytinqdə 44 ölkə yer alıb. Siyahının liderləri İslandiya, İsveçrə və Norveç olub, son pillələrində isə Türkiyə (40%), Braziliya (36%) və Hindistan (9%) qərarlaşıb.

"Natixis" Qlobal Təqaüd İndeksi – 2020 (TOP-10):

#

Ölkə

Sağlamlıq indeksi, %

Maliyyə indeksi, %

Həyat keyfiyyəti indeksi, %

Maddi rifah indeksi, %

Qlobal Təqaüd İndeksi, %

1

İslandiya

87

71

86

87

82

2

İsveçrə

89

77

87

75

82

3

Norveç

91

59

88

88

80

4

İrlandiya

90

72

80

75

79

5

Niderland

88

57

83

83

77

6

Yeni Zelandiya

84

78

83

64

77

7

Avstraliya

87

77

77

65

76

8

Kanada

86

72

77

66

75

9

Danimarka

86

53

87

75

74

10

Almaniya

86

56

80

78

74

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram