Tənzimləmə olmasa, kriptovalyutalar yüksəlməyəcək | Banco.az

Tənzimləmə olmasa, kriptovalyutalar yüksəlməyəcək

“Forbes”-in məlumatına görə, ABŞ maliyyə tənzimləyicisi, Müddətli Əmtəə Əməliyyatları Komissiyasının (CFTC) keçmiş rəhbəri Cim Nyusam iddia edilən kriptovalyuta “balonu”nun yaxın zamanda partlamayacağını bildirib.

Nyusam həlledici bir tənzimləmə olmadan kriptovalyutaların qiymətinin sürətlə artacağı fikrinin hələlik doğru olmadığını qeyd edib.

Onun fikrincə, təşkilati investorların kriptovalyuta bazarında aktiv rol oynamamasının başlıca səbəblərindən biri hələ konkret bir tənzimləyici çərçivənin olmamasıdır. CFTC-nin keçmiş rəhbəri “Forbes”-ə verdiyi açıqlamada bazarla bağlı açıq tənzimləmələr olmadıqca böyük pulların daxil olmayacağını söyləyib.

Kriptovalyuta bazarı ilə maraqlanan şərhçilərin isə qiymətlərin yüksək olub-olmadığı mövzusunda mübahisələri davam edir.

Cim Nyusam hazırda ABŞ siyasətçiləri üçün kriptovalyuta bazarı haqda məsləhətçi olaraq çalışır. “Forbes”-in bildirdiyinə görə isə, Nyusam ABŞ siyasətçilərinə Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) keçmiş rəhbəri Poul Atkins ilə birlikdə bir hesabat təqdim etməyə hazırlaşır.

Kriptovalyuta tənzimlənməsi üçün CTFC və SEC rəhbərləri də təşəbbüs göstərmişdi

Kriptovalyutaların və onların iş tətbiqlərini tənzimləmə məsələsi 2018-ci ildə daha çox diqqətdədir. İki böyük qurum olan CTFC və SEC bunun üçün ciddi səy göstərirlər. Cari siyasət sənayenin inkişafına yönəldilib.

Fevralın 6-da CFTC və SEC-in rəhbərləri – Kristofer Cankarlo və Cey Kleyton – kriptovalyuta bazarı ilə əlaqədar ediləcək yeniliklərə şahidlik etdilər. Şahidlik əsnasında iki direktor mövcud ABŞ qaydalarına uyğun gəlmək adına yeni inkişaf edən bu məhsul və xidmətlər haqqında qəti fikir söyləməkdən imtina etdilər.

Bundan sonra bazarlar Kleytonun daha əvvəl də yürütdüyü siyasətə böyük reaksiya göstərdi. Daha bir yenilik isə beynəlxalq kriptovalyuta bazarının tənzimlənməsi haqqında müzakirələrin aparılacağı G20 sammiti olacaq. Kriptovalyuta bazarının müzakirə olunacağı G20 zirvə toplantısı martın sonunda Argentinanın Buenos-Ayres şəhərində baş tutacaq.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et