"Temu"nun təsisçisi 18 gündə "Çinin ən varlı insanı" statusunu itirib | Banco.az

"Temu"nun təsisçisi 18 gündə "Çinin ən varlı insanı" statusunu itirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin e-ticarət nəhəngi "Temu"nun təsisçisi Kolin Huanq 18 gündə "Çinin ən varlı insanı" statusunu itirib.

Banco.az xəbər verir ki, "Temu"nun sahibi olan "PDD Holding Group"un səhmlərinin ucuzlaşması ilə Huanqın sərvəti 14,1 milyard dollar azalıb. Bu, səhmlərin bir günlük ən böyük itkisi olaraq qeydə alınıb.

"Bloomberg Billionaires Index"ə görə, Huanq 35,2 milyard dollarlıq sərvətlə 4-cü yerə düşüb.

Xatırladaq ki, Huanq avqustun 8-də ölkənin qablaşdırılmış su nəhənginin sahibi Çjonq Şanşanı geridə qoyaraq Çinin ən varlı insanı olmuşdu. Çjonq bazar ertəsi günü 50 milyard dollarlıq sərvətlə yenidən zirvəyə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, keçmiş "Google" mühəndisi Huanq 2015-ci ildə "PDD"ni təsis edib və 2021-ci ilin əvvəlində Huanqın xalis sərvəti 71,5 milyard dollara çatıb. Holdinqin sahib olduğu "Temu" alış-veriş platforması digər platformalardan daha ucuz olması ilə seçilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et