Müəllif:Ayşən İmanova/Banco.az
“Pinduoduo” və onun törəmə şirkəti “Temu”nun yaradıcısı Kolin Huan Çinin ən varlı adamı seçilib.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in (BBI) məlumatında deyilir.
44 yaşlı milyarderin 2024-cü il avqustun 9-na olan sərvəti 48,6 milyard dollar olaraq qiymətləndirilir və o, dünyanın 25-ci ən varlı adamı sayılır.
Buna qədər üç ildən artıqdır ki, Çinin ən varlı adamı titulu qablaşdırılmış su satışı sayəsində varlanan Cjon Şanşan-a məxsus idi.
Hazırda onun sərvəti 47,4 milyard dollardır və BBI İndeksində 26-cı yerdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!