Təmassız ödənişlərin həcmi 2,7 mlrd. manatı ötüb | Banco.az

Təmassız ödənişlərin həcmi 2,7 mlrd. manatı ötüb

POS-terminallar vasitəsilə həyata keçirilən hər 4 nağdsız ödənişdən 1-i məhz “ApplePay” və ya “GooglePay” həlli vasitəsilə icra olunub.

Bu barədə Mərkəzi Bankın illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilib.

Qeyd edilib ki, hesabat dövründə istifadəçilər tərəfindən “ApplePay” həlli vasitəsilə ümumi həcmi 1.9 mlrd. manat ekvivalentində olan 67.5 mln. ödəniş, “GooglePay” həlli vasitəsilə isə ümumi həcmi 813.2 mln. manat ekvivalentində 39.6 mln. ödəniş həyata keçirilib.

Ümumilikdə 2023-cü il ərzində istifadəçilər tərəfindən tokenizasiya həllərindən istifadə 2022-ci illə müqayisədə 3.5 dəfə artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et