Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 62% artıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 noyabr tarixinə bu cür POS-terminalların sayı 171 050 ədədə bərabər olub.
Ötən ilin eyni dövründə təmassız ödənişi qəbul edən POS-terminalların sayı isə 105 548 ədəd idi.
Qeyd edək ki, 1 noyabr 2025-ci il tarixinə ölkədə ümumilikdə 172 908 ədəd POS-terminal olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
