Smart Payment Association - qlobal ödəniş assosiasiyası 2014-cü ildə plastik kartlar bazarının fəaliyyətinə dair yekun məruzəsini dərc edib.
Məruzənin əsas tezisləri:
- 2014-cü ildə 2 milyard mikro çipli plastik kart emissiya edilib.
- Mövcud plastik kartların demək olar ki, yarısı təmassız ödənişlərin gerçəkləşməsi üçün xüsusi çiplə təchiz edilib.
2014-cü ildə 2,05 milyard təmassız kart emissiya edilib və istifadəçilərə çatdırılıb. 1 milyardlıq göstəricini 2011-ci ildə aşmağa müvəffəq olduqları halda, təmassız kartlar növbəti üç ildə daha bir milyard ata bilmişdir.
Kartların yayılmasında amerikan və çin bazarı əhəmiyyətli rol oynamışdır.
Amerikan bankları 2015-ci ilin noyabr ayına qədər mikro çipli plastik kartlara tam keçid etməyə tələsir ki, hökumətin tələbinə cavab versinlər. Bundan əlavə təmassız kartların sürətlə artması bütün dünya üzrə çevik və təhlükəsiz ödəniş sisteminin populyarlaşmasına imkan verib.
2014-cü ildə təmassız kartlar emissiya edilən bütün ödəniş kartların 42%-ni təşkil edib. 2013-cü ildə onların bazarda payı 37% olub. Həmçinin müəlliflər kart ödəniş-köçürmələrinin mühafizəsi bazarında Сhip-and-PIN. kart müdafiə sisteminin qazandığı populyarlığı da qeyd ediblər. Emissiya edilən kartların 70%-i PİN-kod təsdiq edilməsi müraciəti ilə təchiz edilib, ötən isə onların həcmi 66% olub.
Nikolya Raffan, ödəniş assosiasiyasının yeni prezidenti qeyd edib: “Yeni ödəmiş alətlərinin tətbiqindəki təşəbbüskarlıq təmassız ödəniş kartlarının irəliləməsinə rəvac verən əsas qüvvədir. Biz ümid edirik ki, 2015-ci ildə bu tendensiya daha da qüvvətlənəcək”.