Təlimə qatıl və aparıcı banklardan birinin IT mütəxəssisi ol! | Banco.az

Təlimə qatıl və aparıcı banklardan birinin IT mütəxəssisi ol!

Ali təhsili başa çatdırmısan və IT sahəsində işləməyə marağın var? O zaman vaxt itirmədən AccessBank-ın "Coders League" layihəsinə qatıl!

İtirəcəyin bir şey yoxdur, lakin əldə edəcəklərin çoxdur!

Oktyabr ayının 25-dək müraciət edənlər arasından 15 nəfər seçilərək xarici təlimçilər tərəfindən keçiriləcək Temenos T24 bank sistemi üzrə treninq keçmək imkanı qazanacaq. Sonda isə iştirakçılardan ən yaxşı nəticə göstərmiş 5 nəfər T24 developer vəzifəsinə işə götürüləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilən tarixədək mövzü bölməsinə "Coders League" yazaraq CV formanızı [email protected] elektron poçt ünvanına göndər və sən də bizim liqaya qoşul! Ölkənin aparıcı banklarından birinin mütəxəssisinə çevrilmək şansı öz əlindədir!

Ən sərfəli krediti almaq üçün müraciət et