“Teleqram” heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir | Banco.az

“Teleqram” heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

“Telegram” messengerində heşteqlərdən istifadə edərək qlobal axtarış funksiyası işə düşəcək. Yeni funksiyanın bu ay istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Banco.az xəbər verir ki, bu barədə platformanın qurucusu Pavel Durov məlumat verib.

Durovun sözlərinə görə, bu ayın sonunda heşteqlərə daxil olmaqla, onun aid olduğu ictimai teleqram kanallarındakı bütün yazılara baxmaq mümkünləşəcək. 
Hazırda, əgər yalnız hər bir fərdi kanalın içərisində heşteqi olan yazıları axtarmaq mümkündürsə, funksiyalardakı yenilik kanallar üçün auditoriyanı daha da genişləndirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et