SpaceX şirkəti İspaniyanın Hispasat 30W-6 telekommunikasiya peykini Falcon 9 raketdaşıyıcısı vasitəsilə orbitə qaldırmışdır. Peykin buraxılması bu saatlarda Bakı vaxtı ilə 9:33-də Amerikanın Florida ştatında yerləşən Hərbi Hava Qüvvələrinə məxsus Keyp Kanaveral(Cape Canaveral) kosmodromundan qaldırılmışdır. Translyasiya “SpaceX”in saytında canlı yayımlanmışdır.
Şirkətin rəhbəri məşhur milyarder İlon Mask(Elon Musk) buraxılmadan öncə özünün “twitter” səhifəsində İspan peyki “Hispasat 30W-6″nın ölçüsünün avtobus boyda, çəkisinin isə 6 ton olduğunu bildirməklə SpaceX-in tarixində kosmik fəzaya buraxacağı ən böyük peyk olduğunu xüsusi qeyd etmişdir.
Qeyd edim ki, Hispasat peykinin orbitə qaldırılması hələ ötən fevral ayında planlaşdırılırdı. Amma peykin yerləşdiyi konus formalı örtükdə sınaq- testi zamanı əlavə hermetizasiyaya, kip-güclənmə işlərinə ehtiyac olduğuna görə plana əlavə dəyişiklik edilməsini zəruri etmişdir. Peykin yayım zonasına Avropa, Şimali Afrika, Şimali və Cənubi Amerika qitələri daxildir.
Peykin istehsalçı şirkəti amerikanın Space Systems Loral/SSL şirkətidir. Peyk orbitdə ömrünü başa vurmuş Hispasat 1D peykini əvəz edəcəkdir.
“Falcon 9″un bundan əvvəlki buraxılışı 22 fevralda baş vermişdir.
Qeyd edim ki, SSL “Azərspace-2″ peykinin istehsalçısıdır. Yaxın aylarda 45E.L geostasionar orbitə qaldırılması gözlənilir.
digitalazerbaijan.az