Tamara Mustafayeva, Banco.az
"Telegram" platforması bu ilin iyun ayından etibarən aktivləşdirdiyi video-konfrans funksiyası üçün iştirakçı sayını rekord həddə çatdırıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, platforma sonuncu yenilənmədən sonra 1000 nəfərin iştirakı ilə video-konfransların keçirilməsinə icazə verir. Kamera və ya ekran vasitəsilə video yayımlaya bilən istifadəçi sayı 30 nəfər olaraq qalsa da, əlavə 970 nəfər tamaşaçı kimi iştirak edə biləcək.
Şirkət canlı yayımları dəstəkləmək məqsədilə uzun müddətdir ki, audio və video zənglərin əhatə dairəsini genişləndirməyi və qrup söhbətləri üzrə iştirakçı sayını artırmağı planlaşdırırdı. Bu yeniliklə də "Telegram" demək olar ki, yayım platformasına çevrilmiş olacaq.
Qeyd edək ki, sözügedən funksiya üzrə iştirakçı sayının gələcəkdə daha da artırılması planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!