Müəllif:Ayşən İmanova/Banco.az
“Telegram” messencerində tezliklə “YouTube” video-hostinqinin öz analoqu olacaq.
Banco.az xəbər verir ki, bu barədə “Hi-Tech Mail” məlumat yayıb.
Məlumata görə, bu fikir “Telegram” tərtibatçılarının tətbiqdə yeni videopleyer yaratmaq üçün müsabiqə elan etməsindən sonra yaranıb.
Bildirilir ki, ilk mərhələdə videopleyer iOS üçün “Telegram”ın mobil versiyasında peyda olacaq, bundan sonra o, messencerin “Android” və desktop versiyalarında tətbiq olunacaq. Pleyer həm videoların, həm də audio faylların səsləndirilməsini dəstəkləyəcək.
Qeyd olunur ki, yeni videopleyer hazırkı “AVPlayer”i əvəz edəcək və üçüncü tərəf brauzerlərinə keçmədən proqram daxilində işləyəcək.
Əsas tələblər arasında tərtibatçılar iOS 12 və sonrakı versiyalarda işləmə qabiliyyətini, HLS axınının dəstəklənməsini və İnternet sürətindən asılı olaraq video keyfiyyətinin avtomatik tənzimlənməsini qeyd ediblər.