Müəllif:Ayşən İmanova/Banco.az
Telegram-ın aylıq auditoriyası 900 milyon istifadəçiyə çatıb. Bu barədə messencerin yaradıcısı Pavel Durov danışıb.
Banco.az xəbər verir ki, DataAI-nin məlumatına görə, Telegram dünyada ən çox istifadə olunan və ən çox yüklənən proqramlar siyahısında 6-cı yeri tutub.
“12 il əvvəl Telegram-ı inkişaf etdirməyə başlayanda insanların mahiyyətcə ağıllı olduğuna inanırdıq. Ağıllı insanlar isə hər zaman Telegram-ın azadlığını və keyfiyyətini köhnəlmiş tətbiqlərin məhdudiyyətləri və sıradanlığından üstün tutacaqlar. Deyəsən, biz haqlıydıq”, - deyə sahibkar yazıb.
Durov onu da bildirib ki, birinci rüb Telegram üçün son dərəcə uğurlu olub – layihə gəlirdə müsbət dinamika göstərib, bunun sayəsində messencer ilk dəfə ili mənfəətlə başa vura bilər.
Ötən ay Durov müsahibəsində Telegram messencerinin kapitallaşmasının ilkin olaraq 30 milyard dollardan çox olduğunu bildirib.
Qeyd edək ki, messencer həmçinin kanal müəllifləri üçün monetizasiyaya başlayıb. İndi 1000-dən çox abunəçisi olan ictimai səhifələrin sahibləri reklam gəlirlərinin 50%-ni alacaqlar.
Bizi sosial şəbəkələrdən izləyin!!