Müəllif:Ayşən İmanova/Banco.az
“Telegram” fırıldaqçılıqla mübarizə çərçivəsində ictimai hesabların qeydiyyata alındığı ölkə və ay haqqında məlumatları göstərəcək.
Banco.az xəbər verir ki, bu barədə messencerin həmtəsisçisi Pavel Durov öz kanalında məlumat paylaşıb.
Məlumata görə, yenilik kriptovalyuta sahəsində yeni gələnləri aldatmağa çalışan fırıldaqçılarla mübarizədə kömək etmək məqsədi daşıyır. Bundan əlavə, “Telegram” təşkilatlara kanalları yoxlamaq üçün mini proqramlardan istifadə etməyə imkan verəcək. Bu məqsədlə “Telegram” daxilində ayrıca mərkəzləşdirilməmiş bazar yaradılacaq.
Durov həmçinin bu ay mini proqramlar mağazası və “Web3” səhifələrini dəstəkləyən daxili brauzer təqdim edəcəyinə söz verib.
Bizi sosial şəbəkələrdən izləyin!!