Telefon zəngləri kompüter üzərindən cavablandırılacaq - YENİLİK | Banco.az

Telefon zəngləri kompüter üzərindən cavablandırılacaq - YENİLİK

Microsoft şirkətinin “Your Phone” tətbiqi ilə Windows 10 üzərindən telefona gələn zəngləri cavablamaq mümkün olacaq.

Bu haqda şirkətin rəsmi Tvitter səhifəsində məlumat verilib.

Sözügedən funksiya yalnız Android 7.0 əməliyyat sistemlərini dəstəkləyən smartfonlarda işləyəcək.  Windows 10 istifadəçiləri “Your Phone” tətbiqini “Microsoft Store”dən  pulsuz şəkildə yükləyə bilərlər. Yükləmədən sonra isə istifadəçilər Microsoft hesabına daxil olmalı, eləcə də əlaqə yaradılacaq mobil nömrəni əlavə etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et