“Telefon nömrəsini yaz – telefon qazan!” | Banco.az

“Telefon nömrəsini yaz – telefon qazan!”

Azərbaycan Beynəlxalq Bankı “Telefon nömrəsini yaz – telefon qazan!” lotereyasının qaliblərini müəyyən etdi. 2014-cü ilin 1 sentyabr – 31 oktyabr tarixləri arasında keçirilən lotereyanın 1-ci qalibi - Haşımova Mehbarə Qara qızı, 2-ci qalibi – Bağırov Raci Şükür oğlu və 3-cü qalibi - Quliyeva Lalə Ələkbər qızı seçiliblər.

Ən sərfəli kredit üçün müraciət et

Lotereyanın qalibləri Bank tərəfindən bankomatlardan toplanan məlumatlar əsasında xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim yolu ilə seçilmişdir. Qaliblərə Apple iPhone 5s (1-ci yerin qalibi), Samsung Galaxy S5 (ikinci yerin qalibi) və Sony Xperia Z1 (üçüncü yerin qalibi) hədiyyə ediləcəkdir.