Tələb təklifi 6 dəfəyə yaxın üstələyib - DEPOZİT HƏRRACI | Banco.az

Tələb təklifi 6 dəfəyə yaxın üstələyib - DEPOZİT HƏRRACI

13.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 883,95 milyon  manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir.

Hərrac vasitəsilə 150 milyon manat cəlb edilib. 

Müddət 14 gün, faiz dərəcəsi 5,76% - 7,49% aralığındadır.

Xəbər verdiyimiz kimi, 08.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 678,9 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

07.01.2020-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,1 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdi.

30.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 711,2 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.13.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 883,95 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et