Təkrarsığorta və onun əhəmiyyəti | Banco.az

Təkrarsığorta və onun əhəmiyyəti

Təkrarsığorta sığortanın müstəqil sahələrindən biri olub, ənənəvi olaraq təkrarsığorta təminatı olmayan və sı­ğor­ta müqavilələri üzrə sığorta ödənişləri verən birbaşa sı­ğor­ta­çını maliyyə itkilərindən müdafiə edir. Təkrarsığorta dünya sığorta sistemində kifayət qədər mürəkkəb proses olan sığorta risklərinin ikinci dəfə yenidən bö­lüş­dü­rül­mə­si­ni təmin etməklə birbaşa sığortaçının imkanlarını ge­niş­lən­dirir və sığorta risklərini qəbul etməyə şərait yaradır. Əks təqdirdə isə sığorta məbləğləri miqdarının və ya ha­di­sə­nin baş vermə ehtimalının yüksək olması ilə sığorta risk­lərinin qəbul edilməsi qeyri-mümkün olardı.

Bəs müasir sığorta sistemində təkrarsığortanın əhəmiy­yə­ti nələrdən ibarətdir?

  • birbaşa sığortaçının riskləri sığortaya qəbul etməsi üçün əlavə maliyyə tutumunun (kapitalının) yaradılması;
  • sığortaya qəbul edilmiş riskin (risklərin) ikinci dəfə yenidən bölüşdürülməsi;
  • hər bir hesabat ili ərzində sığortaçının fəaliyyət nəticələrinin balanslaşdırılmasının təmin edilməsi;
  • sığortaçının illik balansının müdafiə olunması;
  • birbaşa sığortaçının vergi planlaşdırılmasında işti­rak etməsi;
  • birbaşa sığortaçının aktivlərinin toplanılması üçün şə­raitin yaradılması;
  • birbaşa sığortaçının ödəmə qabiliyyəti gös­tə­ri­ci­lə­ri­nin yaxşılaşdırılmasına təsir etmək;
  • sığorta olunmuş risklər üzrə sığorta hadisələri baş ver­­dikdə birbaşa sığortaçının zərərləri daha tez tən­zim­lə­mək üçün onu tez satıla bilən aktivlərlə təmin etmək.

Təkrarsığorta öz mahiyyətinə görə beynəlxalq biznes olub, sığortaya qəbul edilmiş risklərin sonrakı bö­lüş­dü­rül­mə­si olduğundan ikili məqsəd daşıyır ki, bu da başlıca ola­raq xarici kapitalın cəlb edilməsi ilə təmin edilə bilər. Bir­başa sığorta bazarına nisbətən təkrarsığortanın müasir dün­ya bazarı sığorta, bank, ehtiyat kapitallarının qlo­bal­laş­dı­rılması və birləşdirilməsi proseslərinə daha çox məruz qalır. 

Ən sərfəli kredit üçün müraciət et

Təkrarsığortanın tipləri:

  • klassik;
  • maliyyə.

Təkrarsığortanın formaları:

  • fakultativ;
  • obliqator.

Təkrarsığortanın növləri:

  • mütənasib;
  • qeyri mütənasib.

Təkrarsığorta haqqı. Təkrarsığortaçının təkrarsığorta müqavi-ləsi üzrə qəbul etdiyi öhdəliklərə görə sığortaçının ona ödədiyi haqdır.

Təkrarsığorta limiti maksimum məbləğ olub, təkrarsığorta müqaviləsində müəyyən edilmiş təkrarsığorta ödə­ni­şini (ödənişləri) həyata keçirən təkrarsığortaçının öh­də­li­yi hədlərində meydana çıxa bilər.