Təkrar sığorta-sığorta şirkəti tərəfindən riskləri bölüşmək məqsədi ilə onların bir hissəsinin başqa sığorta şirkəti və ya şirkətlərinə satılması, yəni zərərin bir hissəsinin digər şirkətlərə yönəldilməsidir. Bu zaman riskləri ötürən tərəf təkrar sığortalı, riskləri yenidən sığortalayan tərəf isə təkrar sığortaçı adlanır.
Sığorta obyektinin neçə faizi təkrar sığorta olunubsa, ödənilən premium məbləği həmin nisbətdə təkrar sığortaçıya ödənilir. Bu zaman şirkətin üzləşəcəyi zərər miqdarı azalır.
İstənilən sığorta şirkəti sığorta obyektini bir neçə təkrar sığortaçı tərəfindən sığortalada bilər. Məsələn, hər hansı sığortaçı sığortaladığı obyektin 50%-ini təkrar sığorta şirkəti tərəfindən sığortalada bilər, təkrar sığorta şirkəti də öz növbəsində 50%-ini sığorta etdiyi obyektin 25%-ini digər təkrar sığorta şirkətinə ötürə bilər və bu, beləcə davam edə bilər. Adətən böyük maliyyə dəyəri olan obyektlər bu cür sığortalanır.
Təkrar sığorta sığorta ödənişinin ödənilməmə riskini və bütövlükdə riski azaldır.
Hazırda Azərbaycanda hansı bankların kreditləri sığortaladığını bilmək istəyirsinizsə, buraya daxil ola bilərsiniz.