Təkrar qiymətli kağızlar bazarının üstünlükləri | Banco.az

Təkrar qiymətli kağızlar bazarının üstünlükləri

Məlumdur ki, qiymətli kağızlar bazarı iki hissədən ibarətdir:

  1. İlkin qiymətli kağızlar bazarı;
  2. Təkrar (ikinci) qiymətli kağızlar bazar.

İlkin bazar qiymətli kağızların emissiya edilərək ilkin olaraq satıldığı bazardır. İlkin bazarda qiymətli kağızların qiyməti emitentlər tərəfindən müəyyən olunur.

Təkrar bazar isə əvvəlcədən buraxılmış və investorlar tərəfindən alınan qiymətli kağızların yenidən satışa çıxarıldığı bazardır. Bu bazarda isə qiymətlər tələb və təklifin təsiri ilə formalaşır. Bu bazarın mövcudluğunun bir sıra üstünlükləri vardır.

Təkrar bazarın üstünlükləri kimi qeyd edə bilərik:

Ən sərfəli kredit üçün müraciət et

  1. Təkrar bazarın mövcudluğu ilkin bazarda qiymətli kağızların alınmasına marağı artırır. Investorlar maliyyə alətlərini almaq üçün daha həvəsli olurlar, çünki həmin alətləri təkrar bazarda yenidən satmaq imkanı əldə edirlər;
  2. Təkrar bazar qiymətli kağızların qiymət stabilliyini təmin edir;
  3. Likvidliyi təmin edir. Bu, investorlara istədikləri vaxtda qiymətli kağızlarını təkrar bazarda sataraq nağd pul əldə etməyə imkan verir;
  4. Təkrar bazar qiymətli kağızların davamlı ticarət mühitini yaradır.

İkinci (təkrar) qiymətli kağızlar bazarının  mövcudluğu ilkin bazarın inkişafına şərarit yaradır və bütövlükdə qiymətli kağızlara olan tələbi artırır.