Təkrar emal niyə vacibdir? | Banco.az

Təkrar emal niyə vacibdir?

Dünyada istehsal olunandan 1,6 dəfə çox istehlak edirik. Hazırda istifadə edilən xəttli iqtisadiyyat xammaldan məhsula, məhsuldan tullantıya gedən bir yol izləyir. Aparılan araşdırmalara görə, istehsalatda istifadə olunan xammalın 90%-i fabrikdən ayrılmadan israf olunur, məhsulların 80%-i isə ilk 6 ay içində ömrünü başa vurur. Bu da istifadə et – at modelinə əsaslanan iqtisadiyyat yerinə, sıfır tullantı və təkrar emala əsaslanan dairəvi iqtisadiyyatın vacibliyini önə çıxardır.

Dünya əhalisinin və yaşayış səviyyəsinin artması ilə istehlak da artmaqdadır. Resursların davamlı artımı üçün rasional olaraq istifadə edilməsi lazımdır. Bu, iqtisadi modellərdə dəyişiklikləri tələb edir. Dairəvi iqtisadiyyat təkrar emal və tullantılan idarə edilməsini təcrübələrini prioritetləşdirərək təbii ehtiyatların az istehlakını və iqtisadi gəlir əldə etməyi hədəfləyir.

Resursların təkrar istifadəsi vasitəsilə səmərəlilik artır. İqtisadiyyata əlavə edilən hər bir tullantı gələcəkdə daha çox qaynağa və daha təmiz bir mühitə sahib olmağı nəzərdə tutur. Bu uzunmüddətli bir strategiya tələb edir. Dairəvi model ilə istehsal və istehlak vərdişlərimiz yenidən formalaşır, xərclər və ətraf mühitin çirklənməsi azalır, yeni iş imkanları yaranır. Bu mövzuda Aİ əhəmiyyətli addımlar atır. 2030-cu ilə qədər, Avropada tullantıların təkrar emal vasitəsilə yenidən istifadə edilməsi nəticəsində iqtisadiyyata 600 milyard dollar qazandıracağı hesab edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Təkrar emalın faydaları: 

1. 1 ton kağızın təkrar emalı 17 ağacın kəsilməməsi deməkdir.

2. Təbii resursları qoruyur və israfın qarşısını alır.

3. Enerjiyə qənaət edir.

4. Ətraf mühitin çirklənməsini azaldır.

5. İqtisadiyyata və gələcəyə kömək edir.

Yaşadığımız dünyanın bizə verdiyi təbii sərvətlərin səmərəli istifadəsi gələcək nəsillərin də bu resurslardan yararlana bilməsi üçün çox vacibdir. Həmçinin, təkrar emal uzunmüddətli iqtisadi sərmayədir. Xammalın azalması və təbii ehtiyatların tez tükənməsi nəticəsində iqtisadi problemlər yarana bilər. Təkrar emal bu nöqtədə iqtisadiyyata müsbət təsir göstərə bilər. Bundan əlavə, ölkəmizdə təkrar emal sektoru hər keçən gün inkişaf edir. Bu inkişaf yeni məşğulluq imkanlarının yaradılmasına gətirib çıxaracaqdır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et