Təkrar bazarda 1771 istiqraz satılıb | Banco.az

Təkrar bazarda 1771 istiqraz satılıb

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə 3 əqd bağlanılıb. Bu barədə BFB verir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, əqdlərdən biri 1769 istiqrazın realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar nominal dəyərinə (1 000 ABŞ dolları) əldə edilib. Digər 2 əqdin hər biri isə 1 istiqrazın alınıb-satılması ilə bağlıdır. Bu istiqrazlar nominal dəyərindən 0,05% çox, 1000,5 dollar ödəniş müqabilində sahibini dəyişib. Ümumilikdə təkrar bazarda 1771 istiqraz satılıb. 

Xatırladaq ki, SOCAR istiqrazları təkrar bazara oktyabrın 17-dən çıxıb. Hazırda dövriyyədə SOCAR-ın 100 min istiqrazı var. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Mənbə - Report

Ən sərfəli krediti almaq üçün müraciət et