Təkcə ötən ay banklar əhaliyə 62 milyon manat depozit faizləri ödəyiblər | Banco.az

Təkcə ötən ay banklar əhaliyə 62 milyon manat depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 fevral tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 62.1 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 14.1 milyon manat (29,4%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin ilk ayında banklar 48 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 86.4 milyon manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et