Təhsilini yarıda saxlayaraq milyarder olan iş adamları - Foto | Banco.az

Təhsilini yarıda saxlayaraq milyarder olan iş adamları - Foto

Dünyanın zəngin, uğurlu, ən çox ilham verən sahibkarlarından bəziləri universiteti yarıdan atıblar. Məsələn, “Apple”ın qurucusu Stiv Cobs, “Microsoft”un rəhbəri Bill Qeyts, “Facebook”un CEO-su Mark Zuckerberg məzun olmadan universiteti tərk ediblər.

Hətta nə qədər qəribə səslənsə də “Paypal”ın qurucusu Peter Thielin özü məşhur universitetlərdən biri olan “Stanford” məzunudur. Amma o bacarıqlı tələbələri universiteti atmaq üçün təşviq edir. Hətta universiteti atdıqları təqdirdə 100 min dollar mükafat və şirkətində iş təklifi edir. Aşağıda sizlərə universitet təhsilini başa vurmamış 15 uğurlu sahibkarı təqdim edirik.

1. Arash Ferdowsi: Arash Ferdows İran əsilli ABŞ vətəndaşıdır. 2007-ci ildə 3-cü kurs tələbəsi olan A.Ferdowsi universiteti yarıda buraxaraq “Dropbox” saytı və tətbiqini yaradır. Bu gün o “Dropbox”un texnologiya üzrə məsul müdiridir. Onun şəxsi sərvəti isə 500 milyon dollardır.

 

 

2. Daniel Ek: İsveç vətəndaşı Daniel Ek 2005-ci ildə ölkəsində fəaliyyət göstərən İsveç Federal Texnologiya Universitetində mühəndislik oxumağa başladıqdan 8 həftə sonra təhsilini yarıda buraxır.

Daha sonra bir neçə internet saytı dizayn işində çalışan Daniel Ek, “Advertigo” adlı onlayn marketinq şirkətini təsis edir. Amma onu da qısa müddət sonra başqa bir isveç firmasına satır. Onu məşhur edən “Spotify” tətbiqini 2008-ci ildə qurur. “Spotify” qurduqdan sonra bir il içində milyonçu olan Daniel Ek, bu dəqiqələrdə 75 milyon istifadəçiyə sahib musiqi tətbiqi hesabına 1,6 milyard dollarlıq şəxsi sərvətə sahibdir.

 

3. Elizabeth Holmes: Elizabeth Holmes 2003-cü ildə “Stanford Üniversitetində ikinci kursda oxuduğu zaman tibb texnologiya şirkəti olan “Theranos”u yaradır. Bir neçə aydan sonra isə işinə adaptasiya olmaq üçün universiteti atır. Bu gün 31 yaşında olan Elizabeth Holmes ABŞ-ın ən gənc qadın milyarderidir. Şəxsi sərvəti 4,6 milyard dollardır.

 

4. Oprah Winfrey: Mediada karyera qurmaq istəyən Oprah Winfrey “Tennessee Dövlət Universiteti”ni yarıda buraxır. Daha məktəbdə oxuduğu vaxtlarda mediaya sonsuz sevgisi olub. O vaxtlar yerli radioların birində işləməyə başlayıb. Bu sonsuz sevgini universitet vaxtlarına da apara bilib. Universitetdə ikinci kursda oxuduğu vaxt yerli televiziya kanalından iş təklifi alan O.Winfrey risk edərək təhsilini atır və arzusunda olduğu işi görməyə başlayır. Bu gün o, ABŞ və dünyanın məşhur, uğurlu və 2,8 milyard dollarlıq şəxsi sərvəti ilə ən zəngin media adlarından biridir.

 

5. Jack Dorsey: “Twitter”in yaradanlardan biri olan Jack Dorsey “Missouri Üniversitet”ində təhsil almağa başlayır və hətta “New York Üniversitetin”ə keçid eləmək ərəfəsində ikən təhsilini atır və bu günün məşhur olan sosial platformasını qurmaq üçün adaptasiya olur.O, hazırda “Twitter”in səhmlərinin 5%-nə sahibdir və şirkətin CEO-sudur. Eyni zamanda, “Disney”in idarə heyətinin üzvidir. Onun şəxsi sərvəti isə 2,6 milyard dollardır.

 

6. Michael Dell: Dünyanın ən böyük kompüter markalarından biri olan “Dell”in qurucusu Michael Dell Texas Universiteti 19 yaşında daha birinci kursda oxuduğu zaman atır. Dell texnologiya şirkətini yaradır. Şirkətin bugünkü bazar dəyəri 20,9 milyard dollardır.

 

7. Steve Jobs: “Reed Universitet”ini hələ 19 yaşında ikən tərk edən Stiv Cobs artıq bir fenomen halına gələn “Apple”ın qurucusudur. Əslində, onun universitet təhsilini yarıda atmasının səbəbi təhsil haqqının çox yüksək olması idi. Cobs isə ailəsinə yük olmaq istəmirdi. O, universitetdə keçirdiyi vaxtı digər universiteti atan milyarder sahibkarların əksinə onun üçün çox faydalı olduğunu deyib.

 

O, 2005-ci ildə “Stanford Universitet”ində məzuniyyət mərasimində çıxışı zamanı deyib ki, “Reed Universitet”ində təhsil aldığı vaxt xiloqrafiya başqa adla xətt sənəti dərsində öyrəndiklərinin ilk “macintosh” kompüterini dizayn edən zaman ona ilham verdiyini deyib. O xərçəng xəstəliyindən dolayı 2011-ci ildə vəfat edir. O ölən zaman şəxsi sərvəti 14 milyard dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

 

8. Julian Assange: Dünyada məşhur kompüter piratına çevrilmədən öncə Julian Assange “Melbourne Universitet”ində riyaziyyat üzrə təhsil alırdı. O, “Wikileaks” sənədlərini yayımlayaraq beynəlxalq skandallı ortaya çıxarmışdı. Hələ 19 yaşında ikən üsyançı xarakterini ortaya qoyan Assange universitet tələbələrini Avstraliya ordusu üçün kompüter layihələrinin hazırlanması mövzusunda yönləndirirdi. Buna görə universiteti atır. “Wikileaks”in yayımladığı sənədlərdən sonra haqqında həbs qərarları çıxan Assange 2010-cu ildən etibarən şəxsi sərvətinini bitkoinə investisiya etdiyini deyib.

 

9. Bill Qeyts: Bill Qeyts “Harvard Üniversitet”ini atan zaman 2-ci kursda idi. Universiteti ataraq “Microsoft”u qurur. “Harvard Universitet”i onu hələ də universitetin gəlmiş keçmiş ən bacarıqlı tələbəsi olaraq görür. Bu gün o dünyanın ən zəngin insanıdır.

 

10. Evan Williams: Nebraskada doğulub böyüyən Evan Williamsın ailəsi kənd insanlarıdır.

“Nebraska Üniversitet”inə gedən Evan Williams 1,5 il sonra universiteti atır. Təhsilini atdıqdan sonra “Hewlett-Packard” və “Intel”də bir müddət kompüter proqramçısı kimi çalışır və daha sonra “Twitter”i qurur. Bu gün o milyarder investorlar arasında yer alır.

 

11. Mark Zuckerberg: “Harvard Universitet”ini yarıda ataraq “Facebook”u qurur. Bu gün o 74,2 milyard dollarlıq şəxsi sərvəti ilə dünyanın ən zəngin 5-ci insanıdır. Eyni zamanda, “The Facebook Effect” adlı bioqrafiyasında yazılanlara görə, onun təhsilini atmaq üçün verdiyi qərar cəmi 5 dəqiqə vaxtını alıb.

 

12. Larry Ellison: Universiteti yarıda atanlardan biri də “Oracle”nin qurucusu Larry Ellisondur. Uşaq və gənclik illərində ailəsi onu həmişə həkim olmaq üçün təşviq edib.Buna görə də, öncə “Illinois” sonra isə “Chicago Universitet”ində tibb dərsləri alır. Ancaq sonda universiteti atır. Xəyallarının arxasıyca gedir və proqram təminatçısı olur. Bu gün şəxsi sərvəti 55 milyard dollardır.

 

13. Jan Koum: ABŞ-a miqrant kimi gələn Jan Koum universiteti məzun olmadan atır. “San Jose State Universitet”ini atdıqdan sonra bir müddət “Yahoo” da çalışır. Daha sonra isə “WhatsApp”ı yaradır. Bu gün o milyarderlərin arasında yer tutur. “WhatsApp”ı 2014-cü ildə 19,3 milyard dollara “Facebook”a satan Jan Koumun şəxsi sərvəti 7,5 milyard dollardır.

 

14. Travis Kalanick: “Uber”in yaradıcısı və CEO-su olmadan öncə “UCLA Universitet”ində kompüter mühəndisi olaraq təhsil alıb. Ancaq məzun olmasına sadəcə bir neçə ay qalmış artıq istifadə olunmayan axtarış sistemini “Scour”u yaradır. Daha sonra universiteti atır. Onun şəxsi sərvəti təxminən 5 milyard dollardır.

 

15. John Mackey: “Texas Universitet”ində din və fəlsəfə üzrə təhsil alarkən universiteti atır. 45 min dollar borc alaraq Austin Texasda “SaferWay” adlı sağlamlıq məhsulları satan yeyinti mağazasını açır. İşlərini artıran Mackey bu gün nəhəng organik məhsullar marketi olan “Whole Foods”un qurucularındandır.

Mənbə: facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et