Təhsil xərclərinizi Bank ödəsin! | Banco.az

Təhsil xərclərinizi Bank ödəsin!

Sentyabr ayı yaxınlaşdıqca, hər kəsin ilk növbədə yadına düşən məktəb və sonra tələbəlik illəri olur. Bir zamanlar bu ayın gəlməsi ilə içimizi həyəcan bürüyərdi. Valideynlər üçün isə sentyabr xüsusi “qayğılar ayı” idi.

Uşaqlara geyim-keçim, məktəb ləvazimatı almaq, kitab, dəftər, çanta və s almaq tələb olunurdu. Hələ 1 (daha sonra 15 sentyabrda) müəllimlərə aparılan gül dəstləri. Uşaqlar böyüdükcə qayğılar böyüyür, təhsil haqqı, ödənişli təhsil məsələləri gündəmə gəlir. İndi Bakıda nəinki ali təhsil, həm də orta təhsilin də ödənişli tədris müəssislərində keçirilməsi mümkündür.

Bütün bunlar isə haradasa 1  illik xərclərin 1 ayda qarşılanmasını nəzərdə tutur.

Beləliklə təhsil üçün pul gərəkdir. Keyfiyyətli təhsil üçün isə daha çox.

Bunları nəzərə alaraq Banco.az Sizə bankların məhz bu mövsümlə bağlı keçirdiyi kampaniyaları və təhsil kreditlərinin şərtlərini təqdim edir.

Unibank

Unibankdan dərs ili hədiyyəsi

Unibankın ALBALI PLUS kartı ilə başladığı kampaniya çərçivəsində, avqustun 29-dan sentyabrın 15-dək istədiyiniz dərs ləvazimatlarını sərfəli şərtlərlə ala biləcəksiniz. ALBALI PLUS (ALBALI) kart sahibləri GRAFİKA  mağazalarında, ƏLİ və NİNO (15% endirim) və  NİL  (NT)  (bütün mallara 10% endirim) mağazalarında hissə-hissə ödəniş imkanı ilə yanaşı,  Unibankdan 3 taksit də hədiyyə əldə edəcəklər.

Təhsil haqqını taksitlə ödə

Arzuladığınız universitetə qəbul olun və təhsil haqqınızı hissə-hissə ödəyin.

Təhsil ödənişlərini 6, 12 aya ödəmək mümkündür. Taksitin müddətini isə kart sahibi özü seçə bilər. Bunun üçün sadəcə, kart sahibi istənilən Unibank filialına yaxınlaşıb , vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.

Bank of Baku

Bolkartdan məktəbli və valideynlərə sürpriz kampaniyası

Valideynlər məktəb alış-verişini  indi edə, xərcləri isə 3 ay sonra ödəyə bilər. Kampaniya 9 avqust - 7 sentyabr 2014-cü il tarixlərində Bolkart şəbəkəsinə aid bir sıra mağazalarda keçərli olacaqdır.

Yapı Kredi Bank Azərbaycan

Worldcard-la indi al, 2015-də ödə!

Bu kampaniya məhz təhsil xərcləri üçün nəzərdə tutlmasa da valideynlər 50-AZN qədər xərclərinin qarşılanmasını 2015-ci ilə qədər təxirə sala bilərlər.  Bundan  ötrü onlar öz alış verişlərini World-ə Üzv Marketlərdə  etməlidirlər.

Həmçinin 29 avqust-14 sentyabr tarixlərində Əli və Nino mağazalarında 20 AZN və üzəri, Nil mağazalarında isə Worldcard-la edəcəyiniz 50 AZN və üzəri alış-verişi 2015-ci ildə ödəmə şansı qazanırsız.

Bununla yanaşı Sizə illik təhsil haqqıları ödəmək üçün  banklarımızın təklif etdiyi təhsil kreditlərini təqdim edirik:

Bu cədvəldə bankların məhsulları içərisində yalnız "Təhsil krediti" (və ya "Tələbə krediti) adı ilə qeyd olunan kreditlər yer alıb.

Bank

Məbləğ (maksimum)

Müddət

Faiz

Təminat

Azər-Türk Bank

1000-4000 azn/usd/eur

6-12 ay

23-25%

Zamin

Bank of Baku

Azərbaycan Diplomatik Akademiyasının tələbələri üçün 

150 – 41500 azn

 3 – 15 il

5%-12%

İlkin ödəniş –məbləğin 15%

DəmirBank

500-30000azn

12 ay

24%-dən başlayaraq

Zamin, Girov

TBC Kredit

3000 azn

12 ay

30%

Zamin

Turanbank

2000 azn/usd/eur

12 ay

30%

Zamin

Xalq Bank

500-100000 azn

1-2 il

17-19%

Zamin, Girov

Ən sərfəli kredit üçün müraciət et

Banklar sizdən bu sənədləri tələb edə bilər.

Lazımı sənədlər:

  • Şəxsiyyət vəsiqəsi;
  • Doğum haqqında şəhadətnamə;
  • İş yerindən arayış;
  • Digər gəlir mənbələrini təsdiq edən sənədlər;
  • Zaminin şəxsiyyət vəsiqəsi;
  • Zaminin gəlirini təsdiq edən sənədlər;
  • Qohumluq əlaqəsini təsdiq edən digər sənədlər;
  • Tələbənin təhsil aldığıvə ya alacağı universitetdən verilmiş hesab-faktura (qaimə);
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün digər sənədlər.

Bu kreditlər adətən hesaba köçürmə yolu ilə ödənilir. 

Nağd Kreditlər üçün bu linkdən istifadə edə bilərsiniz: Yayın ən isti nağd kreditləri