Bütün ali və orta ixtisas təhsil müəssisələrində təhsil xərclərinin ödənilməsi istiqamətində atılan addımlar tələbələri ediləcək güzəştin təfərrüatları barəsində düşündürməyə başladı. Ödənişlər kimlərə şamil olunacaq? Tələbələrin valideynləri hara müraciət etməlidirlər?
Banco.az xəbər verir ki, məsələ ilə bağlı bütün məqamlara İctimai Televiziyanın efirində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov və millət vəkili Şahin Seyidzadə aydınlıq gətirib.