Təhsil müəssisələrinə maddi yardım | Banco.az

Təhsil müəssisələrinə maddi yardım

Müəssisə mütəmadi olaraq təhsilin inkişafı ilə bağlı müxtəlif təhsil müəssisələrinə maddi yardımlar ayırır. Həmin məbləğlər müəssisənin gəlirdən çıxılan xərcinə aiddirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi - 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Əsas: Vergi Məcəlləsi, 106.1.18-ci maddə

Misal:
"A" MMC təhsilin inkişafı məqsədilə təhsil müəssisəsinin bank hesabına 5.000 manat vəsaiti nağdsız qaydada köçürür. Hesabat ilinin yekunlarına görə "A" MMC 40.000 manat vergiyə cəlb olunan mənfəət əldə etmişdir. "A" MMC-nin təhsil müəssisəsinə köçürdüyü 5.000 manatlıq vəsaitin 4.000 manatı (mənfəətin 10 faizindən çox olmayan hissəsi) onun vergiyə cəlb olunan mənfəətindən çıxılır:

40.000 - 4.000 (40.000 x 10% = 4.000) = 36.000