Azərbaycanda son dövrdə həm kredit kartı istifadəsi, həm də onlayn alış-veriş saytlarının artması ilə bərabər, bu sistemdəki təhlükəsizlik problemi də əvvəlki dövrlə ilə müqayisədə daha aktual xarakter almışdır. Həm xarici, həm də yerli saytlardan alış-veriş edərkən, diqqət və ehtiyat etməli olduğunuz bir neçə məqamı sizin diqqətinizə təqdim etmək istərdik.
1. Tanınmış saytları seçin: Məhsullar haqqında ətraflı məlumat təmin edən, çatdırılma ilə bağlı problem yaşanmayan və özünü təsdiq etmiş, nüfuzlu internet saytlarına müraciət edin.
2. İnanılmaz təkliflərdən qaçın: Əgər təklif gerçək ola bilməyəcək qədər gözəldirsə, burada çox güman ki hər hansı bir gizli tələ və fırıldaq vardır. Məsələn, satışda olan və qiymətli sizə bəlli olan bir məhsuldakı inanılmaz endirim təklifi, nə qədər cazibədar olsa da, ondan uzaq olmaqda bir fayda var. Bununla endirim edən hər firmanın fırıldaqçı olduğunu demək istəmirik, amma özünüzə belə bir sual verin: “Bu qədər də endirim olar?”
3. Təhükəsiz transfer tələb edin: Onlayn alış-veriş əsnasında sifariş hissəsinə gəldiyinizdə internet saytının SSL istifadə etməsindən əmin olun. Saytın bu cür təhlükəsizlik standartından istifadəsinə bir neçə şəkildə əmin olmaq mümkündür: Web ünvanının başında "http" deyil, "https" görməlisiniz, ayrıca bir də kilid, ya da açar simvolu ola bilər. SSL istifadə edilən saytda kredit kartı nömrəsi kimi transfer edilən məlumatlar qorunur və üçüncü şəxs tərəfindən görünmür. Şübhəli olduğunuz halda saytın adı ilə birlikdə "saxta" "fırıldaqçı" sözlərini Google-da axtarın. Bunun sayəsində saytın keçmişi haqqında məlumatınız olar.
4. Açıq Wi-Fi məkanlarında alış-veriş etməyin: Əgər alış-veriş edəcəksinizsə, Wi-Fi bağlantısının etibarlı olmasından əmin olun. Əlaqə ikonundakı kilid simvolunu axtarın. Bu cür pulsuz əlaqələr vasitəsilə kredit kartı məlumatlarınız çox asan görünür və nəticədə başınıza gəlməsini heç istəməyəcəyiniz bir oğurluğa səbəb olar. Evinizdən kənarda Wi-Fi istifadə edərkən VPN, ya da PrivateTunnel kimi virtual xüsusi şəbəkələri araşdırın.
5. Çox sual verənlərə diqqət edin: Bəzi zərərli proqramlar onlayn doldurulan formalara avtomatik olaraq sətir əlavə edə bilər. Bir sayt sizə həddindən çox sual verirsə, alış-verişi dərhal saxlayın.
6. Alış-verişdən sonra kredit kartınıza nəzarət edin: Sizə gələn başqa xərclərə diqqət edin. Məsələn, xaricdəki bir saytdan alış-veriş etdiyiniz görünürsə, bank ilə dərhal əlaqə qurmaqda fayda var.
7. Şəxsi məlumatlarınızı etibarda saxlayın: Haker şəbəkələrin bu cür izləməkdə olduğu yeni il dövründə, şəxsi məlumatlarınızı internet mühitində paylaşmaqdan uzaq olun. Fərdi məlumatların asanca ifşa edilə biləcəyi ictimai platformalarla qurduğunuz yoldaşlıqlarla diqqətli olun. İctimai platformalarda iştirak edən şəxslər hər zaman söylədikləri adam olmaya bilər
8. Mobil telefonunuzu internet təhdidlərinə qarşı qoruyun: Sevgililər günü və ya digər bu kimi ticarətin sürətlə atdığı əhəmiyyətli günlərdə, oğrular hər zamankındən daha çox aktiv olur və fürsət axtarır. Bu kimi dövrlərdə cib telefonu və digər fərdi məlumatlarınızın olduğu yerin təhlükəsizliyinindən əmin olun. Mobil cihazlarınızın pin kod altında olduğundan və telefonunuz oğurlanarsa, fərdi məlumatlarınızı silmənizə imkan təmin edəcək bir təhlükəsizlik tətbiqetmələri istifadə etməyə çalışın.
9. Şifrə seçimində diqqətli olun: Sahib olduğunuz hər onlayn hesab üçün fərqli bir şifrə istifadə edin və şifrələrinizi müntəzəm olaraq yeniləyin. Cihazlar oğurlandıqda, ya da itdikdə, hakerlərin bütün şifrələrinizi və fərdi məlumatlarınızı ələ keçirmələrini təmin edəcək "şifrəmi saxla" linklərindən istifadə etməyin.
Banco.az