Təhlükəsiz bank seyflərindən faydalanın! | Banco.az

Təhlükəsiz bank seyflərindən faydalanın!

Qarşıdan gələn bayram günlərini nəzərə alan Expressbank, müştərilərin rahat istirahəti üçün bank seyflərinin icarəsi xidmətini təqdim edir. Bu xidmət müştərilərin evlərində saxladığı qızıl zinət əşyaları, xüsusi əhəmiyyətli sənədlər, pul və digər dəyərli nəsnələrin təhlükəsiz saxlanması üçün nəzərdə tutulur.

Belə ki, evindən bir  neçə günlük kənarlaşan müştərilər məxfilik qorunmaq şərti ilə və sərfəli tariflərlə bank seyflərinə nəsnələrini yerləşdirə bilərlər. İstənilən zaman müştəri banka iş saatları çərçivəsində yaxınlaşaraq, seyfdən pul və ya digər qiymətli əşyalarını  geri ala bilər.

Hər zaman müştərilərin etibarlı tərəfdaşı olan Expressbank-ın təklif etdiyi bu xidmətdən fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də faydalana bilər. Seyflərin icarə qiyməti seyflərin ölçülərinə və icarə müddətinə görə dəyişir. Bu barədə daha ətraflı məlumatı http://bit.ly/39oBbpY  linkdən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et