TƏHLİL: Mənfəətdə və Zərərdə olan Banklar (30.09.2017) | Banco.az

TƏHLİL: Mənfəətdə və Zərərdə olan Banklar (30.09.2017)

2017-ci il Azərbaycan bankları üçün elə də asan keçmir. Banco.az-ın araşdırmasına əsasən, 3-cü rübün sonunda 12 bank zərərlə işləməyə davam edir. Bununla yanaşı cəmi 4 bankın mənfəəti 10 mln manatdan çoxdur, ən çox qazanan banklar isə Kapital Bank, Paşa Bank, Xalq Bank,Bank Avrasiya və Silk Way Bankdır, onların toplam mənfəəti 117 mln 481 min manatdan çoxdur.

Bankların 2017-ci ilin 3-cü rübünə olan mənfəət və zərər renkinqi ilə isə aşağıda tanış ola bilərsiniz,  bütün rəqəmlər, 2017-ci ilin üçüncü rübünə olan "Mənfəət və Zərər haqqında" hesabatlardan götürülüb.

Bank Xalis mənfəət (manat)
Kapital Bank 57 636 000
Paşa Bank 29 039 000
Xalq Bank 13 124 660
Bank Avrasiya 10 989 760
Bank Silk Way 6 691 876
Yapı Kredi Bank Azərbaycan 6 251 000
ASB Bank 4 619 410
Ziraat Bank 3 156 710
NBC Bank 2 485 000
VTB Bank Azərbaycan 2 420 380
Gunay Bank 2 079 414
Atabank 1 672 570
Bank Melli İran 1 335 723
Expressbank 828 000
Rabitəbank 642 000
Beynəlxalq Bank 469 893
Bank BTB 162 000
Azər Türk Bank 127 930
Pakistan Milli Bankı -106 327
Nikoil Bank -140 060
Turanbank -379 000
Bank Respublika -1 619 000
AG Bank -1 699 060
Muğanbank -4 626 950
Amrahbank -5 821 763
Unibank -10 755 000
AFB Bank -11 312 329
Dəmirbank -20 392 860
Bank of Baku -31 890 000
AccessBank -48 298 000

Bankların zərərlə işlməsi bir-başa onlardan asılı olan səbəblərdən qaynaqlanmır. 2015-ci ildə baş verən devalvasiya və daha sonra kreditləşmə ilə bağlı sərt qaydalar xüsusi ilə də pərakəndə sektorda çalışan banklara ciddi təsir göstərmişdir. Bankların zərərlərinin böyüməsinə təsir edən digər bir səbəb isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar ilə bağlıdır ki, banklar bu normanı yerinə yetirməyə məcburdur. 

Ən sərfəli kredit üçün müraciət et