Tədavüldəki pulların 90%-i 50 və 100 manatlıqdır | Banco.az

Tədavüldəki pulların 90%-i 50 və 100 manatlıqdır

Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artmış və 2017-cı ilin sonuna 90%-i ötmüşdür.

Bu,  Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatınada bildirilir.

Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75%-dən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir.

“Bununla əlaqədar hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə müvafiq qiymətləndirmələrin aparılmasına başlanılmışdır. Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş “Tədavüldə təmiz pul siyasəti” davam etdirilmişdir. İl ərzində Mərkəzi Bankda yaradılmış “Əhaliyə xidmət kassaları” vasitəsilə 7.7 mln. manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilmiş, tədavülə yararsız 1.4 mlrd. manat (92 mln. ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılmışdır”.

Ən sərfəli kredit üçün müraciət et

Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 2017-ci ildə 410.7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunmuşdur.