Tədavül ili “köhnə” olan dollarları harada dəyişmək olar? – Mərkəzi Bankdan açıqlama | Banco.az

Tədavül ili “köhnə” olan dollarları harada dəyişmək olar? – Mərkəzi Bankdan açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son günlər bəzi kommersiya banklarıda köhnəlmiş, 2000-ci illərin əvvəlində tədavülə buraxılmış ABŞ dollarının manata dəyişdirilməsi ilə bağlı problem yaşayan vətəndaşlar var.

Analoji hadisə bir müddət öncə də yaşanmışdı. Belə ki, həmin vaxt kommersiya banklarının bir neçəsində 1993-cü ilədək buraxıldığı əsas gətirilərək, həmin pul nişanının dövriyyədən çıxarıldığı iddia edilmişdi.

Hazırda  bankların müştərilərdən 2000-ci illərin əvvəlində tədavülə buraxılmış əskinasları götürməməsinin səbəbləri ilə bağlı Mərkəzi Banka sorğu ünvanladıq.

AMB-dən Banco.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Mərkəzi Bank ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi yoxdur.

“Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”-deyə sorğuda qeyd olunub.

Mövcud vəziyyət ilə bağlı ekspertlər bildirir ki, ümumiyyətlə tədavül ili köhnə, cırılmış, 60 faizə qədər zədələnmiş və hissələr halında olsa da, bərpası mümkün bütün pullar Mərkəzi Bank-ın “Nağd pul ofis”lərində dəyişdirilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini Bakı şəhəri və regional mərkəzlərdə yerləşən ofislər vasitəsilə də həyata keçirir. Belə ki, həm Bakı şəhərində, həm də Mərkəzi Bankın Naxçıvan, Gəncə, Yevlax, Biləsuvar, Quba şəhərlərində yerləşən “Nağd pul ofis”ləri vasitəsilə əhalinin pul nişanlarının dəyişdirilməsi, ekspertizaya qəbulu, eyni zamanda əhalinin maarifləndirilməsi kimi xidmətlər də təqdim edilir”-deyə məlumatda qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et