Təcrübəçilərə karyera pilləsində yüksəlmək üçün 5 TÖVSİYƏ | Banco.az

Təcrübəçilərə karyera pilləsində yüksəlmək üçün 5 TÖVSİYƏ

Artıq yaydır və universitetdə imtahanlar da bitəcək. Təcrübə proqramına qəbul olanlardansınızsa, əvvəlcə sizi təbrik edirik. Təcrübə proqramı müddətində uğurlu olmaqla bərabər uzun perspektivdə karyeranıza müsbət şəkildə yön vermək istəyirsinizsə, sizə bir neçə tövsiyəmiz var.

1) Sual verməkdən çəkinməyin.

Ümumiyyətlə, insanların “axmaq suallar vermə” dediyini eşitmisiniz. Əslində bu təcrübə proqramı üçün keçərli deyil. Verəcəyiniz sualın “axmaq” olduğunu düşünsəniz belə, çalışdığınız qədər çoxlu suallar verin. Çoxlu şeylər öyrənmək və təcrübə proqramında uğurlu olmaq üçün sual verməkdən çəkinməyin. Rəhbərinizə, işlədiyiniz komanda yoldaşlarınıza ya da sizin kimi təcrübəçilərə suallar verin. Sual vermək rolunuz, şirkətiniz və işlədiyiniz sektor haqqında informasiya əldə etməyin ən yaxşı və rahat yoludur.

2) Yaxşı təəssürat buraxın.

Tez-tez eşitdiyiniz bir cümlə kimi gəlsə də, yaxşı təəssürat işə götürəndə sizin haqqınızda müsbət fikir yaradacaqdır. Beləcə, sizi o andan etibarən ciddi qəbul edib, çalışqan və peşəkar olduğunuzu düşünəcəklər. Belə bir təəssürat yaratmağın yollarından bəziləri bunlardır:

  • Ofis üçün professional geyinin. Nə geyinəcəyinizdən əmin deyilsinizsə, işə getmədən öncə araşdırın. Hər bir şirkətin özünəməxsus dress kod-u (vahid geyim forması) var. Buna diqqət etməyiniz lazımdır.
  • İşə vaxtında gəlin və vaxtından qabaq ayrılmayın. Təcrübəçilərin etdiyi ən böyük səhvlərdən biri də bu formada düşünməkləridir: “onsuz da təcrübəçiyəm, gec gəlib və tez çıxaram”. Bu səhvi etməyin.
  • İşinizə fokuslanın. İşləməyiniz lazım olduğu vaxtlarda diqqətinizi tamamilə işinizə verin. “Facebook”da, “Linkedin”də vaxt keçirtməyin və ya telefonla uzun müddət işlə bağlı olmayan mövzularda danışmaq həm pis təəssürat yaradar, həm də etməli olduğunuz işlərin müddətini uzadar. Bu şeyləri günorta fasiləsində rahatlanmaq və ya dinlənmək məqsədi ilə etməyiniz daha yaxşı olar.

3) Çoxlu qeydlər edin.

Ən sərfəli kredit üçün müraciət et

Təcrübə proqramına başladığınızda mühitə uyğunlaşmağınız bir qədər vaxt ala bilər. Balaca qeyd kitabçası və qələm daşımağınız sizin faydalı ola bilər. Öyrəndiyiniz şeyləri, tanış olduğunuz insanların adlarını, planları və verilən qərarları yazın.

4) Açıq vakansiyaya müraciət edin.

Şirkətlərin bəziləri təcrübəçilərə uzun müddət təcrübə imkanı və təcrübə proqramından sonra tam ştatlı iş imkanı təklif edir. Etdiyiniz işi bəyənirsinizsə və şirkətdəki digər işçilər kimi tam ştatlı işləmək istəyirsinizsə, açıq vakansiyanın olub-olmamasını soruşmaqdan çəkinməyin. Ən pis ehtimalla şirkətdə tam ştatlı vakansiya tapmasanız, şirkətdə təcrübə proqramında əldə etdiyiniz iş təcrübəsi bir sonrakı iş görüşmələrində sizin köməyinizə çatacaq.

5) İş yoldaşlarınızın adlarını xatırlayın.

Digər təcrübəçilərdən və hətta, işçilərdən belə önə çıxmağın ən gözəl yolu hər kəsin adını xatırlamaqdır. Çox güman ki, çoxlu sayda insanla qarşılaşacaq, tanış olacaqsınız və birlikdə işləyəcəksiniz. Hamısının adını xatırlamaq çətin ola bilər. Yenə də bunu sınayın. Hansı şöbədə oturduqlarını və ya harada gördüyünüzü xatırlamağa çalışaraq adlarını daha rahatlıqla əzbərləyə bilərsiniz.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et