Təcrübə keçmək istəyənlərin nəzərinə! | Banco.az

Təcrübə keçmək istəyənlərin nəzərinə!

AzərKredit universitet tələbələrinə aşağıdakı departamentlərdə təşkilatın Baş Ofisində təcrübə keçmə imkanı təklif edir:

 Marketinq və Məhsulların İnkişafı departamenti
 İnsan resursları departamenti
 İnzibati şöbə

Təcrübə keçmə imkanı AzərKreditin aşağıda göstərilən bütün filiallarda da mümkündür:
 
Bakı (Yasamal), Həzi Aslanov, Lökbatan, Mərdəkan, Qaradağ, Sabirabad, Saatlı, Beyləqan, Bala-Bəhmənli, Horadiz, İmişli, Sumqayıt, Şabran (Dəvəçi), Ağdam, Ağcabədi, Zərdab, Göyçay, Ağdaş, Yevlax, Mingəçevir, Gəncə (Nizami), Gəncə (Kəpəz), Göygol, Samux, Bərdə, Tər-tər, Gədəbəy, Şəmkir, Qazax, Göranboy, Tovuz, Qovlar, Biləsuvar, Salyan, Cəlilabad

Təcrübə keçmə proqramı üç ay müddətinə davam edəcəkdir. Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.

Tələblər:

• Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü və ya 4-cü kurs tələbələri;
• Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
• İngilis dilinin bilməsi arzuolunandır;
• Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
• Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
• Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
• Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
• Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində ‘intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 31 may 2015-ci il tarixədək AzərKredit filiallarına təqdim etməlidir. AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_apply internet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.
Xahiş edirik müraciət etdiyiniz department və ya filialı dəqiq qeyd edin. Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.