''Technest'' Təqaüd Proqramı: Bakı Dizayn Akademiyası ilə müsahibə | Banco.az

''Technest'' Təqaüd Proqramı: Bakı Dizayn Akademiyası ilə müsahibə

Banco.az Bakı Dizayn Akademiyasının direktoru Aysel Gülməmmədova ilə müsahibəni təqdim edir.

Aysel xanım, Bakı Dizayn Akademiyası son dövrlərdə yeni layihələrlə gündəmə gəlir. İlk öncə ölkənin ən iri şirkətlərinin 150-dən çox direktor və təsisçiləri, həmçinin lokal dizayn sferasının ən öndə gedən art direktorları və dizaynerləri ilə Dizayn Konqresi, indi isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq… Akademiyanın budəfəki layihəsi, “Technest” Təqaüd Proqramı haqqında məlumat verməyinizi xahiş edirik.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ‘’Technest’’ layihəsi çərçivəsində yeni əməkdaşlığa start verdik. Bu təqaüd proqramı çərçivəsində qaliblər Bakı Dizayn Akademiyasında təhsil haqqının 100%-dək hissəsindən azad olurlar. Təqaüdün ixtisasları da iştirakçılara gələcəklərini startap, sahibkarlıq və modern dövrün tələbinə uyğun innovativ işlərdə qurmağına yardım edir. Bu ixtisaslara aiddir, 3D Dizayn, UX/UI Dizayn və peşəkar dizaynerlər üçün hazırlanan Advanced UX/UI ixtisası.

Layihəni başlatmaqda əsas məqsəd lokal cəmiyyət, xüsusilə də istedadlı gənclər üçün potensiallarını reallaşdırmağa yüksək səviyyəli şərait yaratmaqdır. Bu məqsədə çatmaq üçün təlimlərə həm qlobaldan sahə mütəxəssislərini gətirdik, həm Akademiyanı ən son texnoloji avadanlıqlarla təchiz etdik.

Təqaüd Proqramı çərçivəsində qeyd etdiyiniz ixtisaslar qaliblərə konkret olaraq hansı perspektivləri vəd edir?

İlk öncə deyim ki, Bakı Dizayn Akademiyası bütün tədris ixtisaslarını bugünün ən yeni tələblərinə uyğun hazırlayır. Onlar arasından 3D dizayn və UX/UI sahələrinin seçilməsininin əsas səbəbi lokal bazarda bu sahələrin mütəxəssislərinə olan son dərəcə yüksək tələbdir. Bu gün Cinema 4D bilikli 3D dizayn mütəxəssisi iri brendlər üçün qızıl dəyərindədir. Ölkədə video-oyun sektorunun sürətli inkişafı isə bu sahəni karyera qurmaq üçün daha da cəlbedici edir. Digital Artist, Video Game Designer, 3D Generalist – 3D sahəsində tələb olunan vakansiyaların kiçik hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

UX/UI sahəsinə gəldikdə, burada Akademiya iştirakçıya iki seçim verir. UX/UI dizayn və təcrübəli kadrlar üçün peşəkar UX/UI ixtisasları təcrübəli dizaynerlərə daha iri karyera hədəflərinə çatmağa yardımçı olur. Bu gün heç bir modern şirkətini UX/UI dizaynersiz təsəvvür etmək olmur. İstedadlı UX/UI dizaynerlərini belə desək gündüz əli çıraqla axtarılır.  Digər tərəfdən ölkədə startapların “partlayışı” da bu sahənin mütəxəssislərinə olan tələbi ikiqat artırıb. Çünki bu kimi innovativ layihələrdə işin böyük hissəsi istifadəçi təcrübəsindən asılıdır. Həmin ixtisasların məzunları karyeralarına UX Designer, Interaction designer, Product Designer kimi yüksək gəlirli vəzifələrlə davam edir.

Təqaüd proqramı da sizlərə sadalanan ixtisaslarda tam və qismən təqaüdlə təhsil almağa imkan yaradır.

Son olaraq, Təqaüd Proqramında iştirak etmək üçün nə etməliyik?

Təqaüdə müraciət prosesi sadədir. Üç mərhələli prosesi uğurla keçən şəxslər təqaüdü qazanır. Birinci mərhələdə Akademiya CV və motivasiya məktubunuzu nəzərdən keçirir. Bu mərhələni keçən namizədlər, test imtahanında iştirak edirlər. Test imtahanında da yüksək bal toplayan namizədləri müsahibəyə dəvət edirik. Qeydiyyat hazırda aktivdir və 30 avqustadək davam edəcək. Müsabiqəyə qoşulmaq üçün lazımı təlimatlar Bakı Dizayn Akademiyasının veb saytının Təqaüdlər səhifəsində aydın izah olunub… və nəhayət Təqaüd Proqramında iştirak edən hər kəsə uğurlar arzu edirəm.

“Technest” Təqaüd Proqramına müraciət etmək üçün linkə daxil ol: https://bda.edu.az/teqaud-proqrami

Ən sərfəli krediti almaq üçün müraciət et