Müəllif - Aida İsaq, Banco.az
Aİ-nin qaz qiymətləri üçün razılığa gəldiyi səviyyə 2024-cü ilin fevral ayına qədər qüvvədə olacaq.
Banco.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib. Müvafiq tənzimləmə mexanizminin 2023-cü il fevralın 15-dən qüvvəyə minəcəyi və müvəqqəti olaraq bir il müddətində tətbiq olunacağı qeyd olunur. Bundan başqa, razılaşma müddətinin noyabrın 1-dək uzadılması ilə bağlı qərarın qəbulu üçün Avropa Komissiyasının layihənin gələcək istiqamətləri ilə əlaqədar qiymətləndirmə məlumatlarını təqdim etməli olduğu bildirilir.
Xatırladaq ki, dekabrın 19-da Aİ ölkələri təbii qazın maksimal qiymətinin 180 avro səviyyəsində olmasını qəbul edib.
Bizi sosial şəbəkələrdən izləyin!!