"Təbii qazın pulunun rublla ödənilməsinə keçid uzun prosesdir" | Banco.az

"Təbii qazın pulunun rublla ödənilməsinə keçid uzun prosesdir"

Rusiyanın təbii qazının pulunun rublla ödənilməsi martın 31-də başlamır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya qazının pulunun rublla ödənilməsinə keçid prosesi hələ bir müddət uzanacaq: “Bu, sabah axşamdan ödənişə başlanılması məsələsi deyil. Ödəniş və tədarük məsələsi uzanan prosesdir”, - o bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ, Avropa İttifaqı və müttəfiqləri RF-yə qarşı sanksiya tətbiq edib. Onlara cavab olaraq Rusiya tədarük etdiyi təbii qazın pulunun rublla ödənilməsini tələb edir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram