Təbii fəlakətlər dünyaya nə qədər zərər vurub? | Banco.az

Təbii fəlakətlər dünyaya nə qədər zərər vurub?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, son 30 ildə təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı və heyvandarlıq məhsullarının təqribən 3,8 trilyon dollar itkisi olub.

Banco.az xəbər verir ki, bu göstərici fəlakətlərin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təsiri adlı hesabatda  öz əksini tapıb.

Hesabata görə, son 30 ildə təbii fəlakətlər nəticəsində təqribən 3,8 trilyon dollarlıq əkinçilik və heyvandarlıq məhsulları məhv olub. Bu, orta hesabla illik 123 milyard dollar itkiyə və ya illik qlobal kənd təsərrüfatı ümumi daxili məhsulunun (ÜDM) 5 faizinə bərabərdir.

Hesabatda son 30 ildə taxıl itkisinin hər il orta hesabla 69 milyon ton olduğu və bu rəqəmin Fransanın 2021-ci ildəki bütün taxıl istehsalına uyğun gəldiyi bildirilib.

Bildirilib ki, ət, süd və yumurta kimi heyvandarlıq məhsullarında ildə orta hesabla 16 milyon ton itki olub.

Hesabatda qeyd olunub ki, ən çox ümumi iqtisadi itkiyə məruz qalan region Asiya olub. Daha  sonra iqtisadi itkiyə məruz qalan  Afrika, Avropa və Amerika ölkələri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram