TBC Kredit-də İnsan resursları sahəsində Vakansiya! | Banco.az

TBC Kredit-də İnsan resursları sahəsində Vakansiya!

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
 
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit  BOKT İnsan Resursları Köməkçisi vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

• İR idarəedilməsi, xüsusi ilə İR inzibatçılığı işi ilə bağlı təşkilatdaxili Təlimatlar və Əmək qanunvericiliyi əsasında verilən müvafiq sənədləşmələrin həyata keçirilməsində 
• İşə qəbul, işdən azad olma prossesinin və İR-lə əlaqəli sənədləşmələrin həyata keçirilməsində;
• İRMS-də (İnsan Resursları Məlumatları Sistemi) işçi heyəti barədə məlumatlarının daxil edilməsində;
• İR şöbəsinin digər faəliyyət sahələrində (İşəqəbul, Təlim və s.)  bilik və bacarıqların əldə edilməsi və ehtiyac olduqda bu sahələrdə verilən tapşırıqları yerinə yetirmək.

Ən sərfəli kredit üçün müraciət et

Tələblər:

• Ali təhsilli
• Əmək məcəlləsini bilənlərə üstünlük veriləcək
• Azərbaycan, rus dili səlis bilmək, ingilis dili yaxşı səviyyədə
• Ofis proqramlarını bilmək: MS Office
• Danışıqlar aparmağı, səlis danışıq qabiliyyəti
• Kollektivlə və işçi heyəti ilə işləmə bacarığı
• İR sahəsində ən azı1 il iş təcrübəsi olanlara üstünlük veriləcək

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 31 iyul 2015-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (İnsan Resursları Köməkçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Banklarda ən son vakansiyaları buradan öyrənə bilərsiniz -- http://banco.az/az/jobs

 

Ən sərfəli krediti almaq üçün müraciət et