Müəllif - Aida İsaq, Banco.az
ABŞ Tayvandakı böhranın bütün dünyaya təsir edəcəyindən narahatdır.
Banco.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Tayvan böhranının potensial qlobal nəticələri barədə xəbərdarlıq edib. Rəsmi nümayəndə Tayvanın müstəqilliyini dəstəkləmədiklərini vurğulayaraq ABŞ və bir çox başqa ölkələrin Çinin son illərdə həyata keçirdiyi təxribatçı addımlardan narahat olduqlarını açıqlayıb. Xüsusilə, Tayvan böhranının bütün dünyaya sözün əsl mənasında təsir edə biləcək iqtisadi böhrana gətirib çıxaracağı təhlükəsi var.
E. Blinken bununla yanaşı, hər gün ticarət konteynerlərinin yarısının Tayvan boğazından keçdiyini eyni zamanda, yarımkeçiricilərin 70 faizinin ada dövlətində istehsal olunduğunu xatırladıb.
Bizi sosial şəbəkələrdən izləyin!!