Tayland iqtisadiyyatı proqnozdan aşağı artıb | Banco.az

Tayland iqtisadiyyatı proqnozdan aşağı artıb

Tayland iqtisadiyyatı 2019-cu ilin üçüncü rübündə proqnozdan aşağı artıb. Ölkə ABŞ-Çin ticarət müharibəsi və güclü məzənnədən mənfi təsir görür. Hökumət iqtisadi artım proqnozunu da azaldıb. 

Milli İqtisadi İnkişaf Şurası tərəfindən açıqlanan məlumatlara görə, Tayland iqtisadiyyatı, iqtisadçıların illik müqayisədə 2.7% artım gözləmələrinə qarşılıq 2.4% artıb. 

Şura, 2019-cu il iqtisadi artım təxminini bir əvvəlki 2.7% və 3.2% aralığından 2.6%-ə endirib. İqtisadiyyatın gələn il 2.7-3.7% aralığında artacağı proqnozlaşdırılır. 

Taylandın ticarətə bağlı iqtisadiyyatı ixracatdakı azalma, güclənən məzənnə və turizm sektorundakı dalğalanmadan mənfi təsir görür. Ötən ay Tayland Mərkəzi Bankı  faizləri rekord aşağı səviyyəyə salmışdır.

marja