Müəllif:Ayşən İmanova/Banco.az
Tayland bir səfərdə bir neçə ölkəyə səfər etməklə inteqrasiya olunmuş turizmi inkişaf etdirmək üçün özü və Cənub-Şərqi Asiyanın digər beş ölkəsi üçün birgə viza tətbiq etməyi təklif edib.
Banco.az xəbər verir ki, adıçəkilən bu ölkə Kamboca, Laos, Malayziya, Myanma və Vyetnam üçün birgə Şengen vizası təklif edib.
Birgə viza turistlərə Cənub-Şərqi Asiyanın bütün altı ölkəsini bir viza ilə kəşf etməyə imkan verəcək. Bundan əlavə, bir neçə ölkəyə səfərləri bir səfərdə birləşdirmək imkanı yüksək xərclə uzaq ölkələrdən daha çox turist cəlb edəcək.
Öz növbəsində Taylandın Otellər Assosiasiyasının keçmiş prezidenti Marisa Sukosol hesab edir ki, belə vizanın tətbiqi üçün səyahəti cəlbedici etmək naminə ölkədə qalma müddətini indiki 30 gündən 90 günə qədər artırmaq lazımdır.
Qeyd edək ki, təşəbbüs Taylandın Baş naziri Sretta Tavisin-dən gəlib və onun digər ölkələrdən olan həmkarları təklifə müsbət reaksiya verib.
Bizi sosial şəbəkələrdən izləyin!!