Taxılın bahalaşması 2023-cü ildə də davam edəcəkmi? | Banco.az

Taxılın bahalaşması 2023-cü ildə də davam edəcəkmi?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni ilin astanasında inflyasiya və onunla mübarizə üçün müxtəlif tədbirlərlə bağlı qlobal müzakirələr davam edir.

Banco.az xəbər verir ki, siyasi və iqtisadi fiqurların bütün səylərinə baxmayaraq, yüksək əmtəə qiymətləri və güclü qlobal tələb aktuallığını saxlayır. Xüsusilə, kənd təsərrüfatı məhsulları ilə bağlı bahalılığın 2023-cü ildə də davam edəcəyi gözlənilir. Çünki ana təbiətin qoyduğu maneələr aşağı təchizat problemi yaradır. 

Bundan əlavə, görünən odur ki, davam edən enerji böhranının yaratdığı gübrə çatışmazlığı 2023-cü ildə də kənd təsərrüfatı istehsalçılarını narahat etməyə davam edəcək.

Xatırladaq ki, bu il Rusiya və Ukrayna arasında baş verən müharibə və “kooperativ olmayan” ana təbiət əmtəə qiymətlərini tarixən yüksək səviyyədə saxlayıb. Qarğıdalı bir il əvvəllə müqayisədə 8,5 faiz, soya isə 17 faiz bahalaşıb. Buğdanın qiyməti isə 2022-ci ildə son illərin ən yüksək səviyyəsini sınaqdan keçirdikdən sonra Rusiya ixracının davam etdirilməsi ilə 8 faiz ucuzlaşıb. Düyü də bu il demək olar ki, 20 faiz bahalaşıb. Kakao və qəhvə cari ilə başladıqları qrafikdə hərəkət edir. Şəkərin qiyməti isə yeni il gecəsi ilə müqayisədə 3,5 faiz bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et