Müəllif - Aida İsaq, Banco.az
Kreml taxıl sövdələşməsində müəyyən irəliləyiş müşahidə edib. Lakin ikinci hissə ilə bağlı bəzi qarışıq nüanslar aktuallığını qoruyur.
Banco.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, taxılın əsas hissəsinin haraya doğru istiqamətlənməsi sual altında qalır.
Qeyd edək ki, daha öncə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ABŞ-ın Ukrayna və Rusiyadan dünya bazarlarına taxıl axınını təmin etmək üçün BMT-nin baş katibi Antonio Quterreşin səylərini dəstəklədiyini bildirib. O, həmçinin ABŞ-ın taxıl müqaviləsinin uzadılması və genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!