Tarixin ən bahalı boşanması Ceff Bezosun sərvətinə necə təsir etdi? | Banco.az

Tarixin ən bahalı boşanması Ceff Bezosun sərvətinə necə təsir etdi?

Ceff Bezos boşanmasına baxmayaraq ən varlı amerikalıların reytinq cədvəlində öz liderliyini qoruyub saxlamışdır.

Forbesin açıqlamasına görə, Amazonun təsisçisi Ceff Bezos iki il dalbadal ABŞ-ın 400 ən varlı insanının reytinqinə başçılıq etmişdir. Forbes Ceff Bezosun sərvətini 114 milyard dollar dəyərində qiymətləndirmişdir. Bezosun biznesinin inkişafına həyat yoldaşı Makkenzi ilə bahalı boşanma da mane olmadı.

Reytinq cədvəlini tərtib edərkən sahibkarların vəziyyəti, həmçinin onların nə dərəcədə “özlərini yaratdığı” nəzərə alınır. Yəni siyahının iştirakçısı sərvətinin hansı hissəsini miras alıb, onun valideynləri nə dərəcədə imkanlı olub, həyatda hansı çətinliklərlə üzləşib. Keçən ildən Forbes milyarderlərin “filantropiya səviyyəsi”ni də ölçməyə başlayıb. Jurnalistlər biznesmenlərin xeyriyyə məqsədi ilə sərf etdikləri vəsaitləri və bu vəsaitin onların ümumi sərvətindəki payını araşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bezos tarixdəki ən bahalı boşanmaya baxmayaraq reytinqə başçılıq edir. Onun həyat yoldaşı Makkenzi Amazonun 19,7 milyon səhmini almışdır ki, bu da şirkətin 4%-i deməkdir. Sahibkarın özündə isə qiymətli kağızların 12%-i qalıb. 2019-cu ilin iyul ayının əvvəlində boşanma baş verən zamanda Amazonun 4%-i 38,3 milyard dollar dəyərində ölçülürdü.

Martda Bezos 131 milyardlıq sərvəti ilə planetin ən varlı biznesmenləri siyahısında yenidən birinci oldu.

Nigar Umaxanlı, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et