"Tariximizin tanınmış qadınları" müsabiqəsi başa çatdı | Banco.az

"Tariximizin tanınmış qadınları" müsabiqəsi başa çatdı

Banco.az portalı 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində ölkəmizin tarixində özünəməxsus iz qoymuş xanımları yad etmək məqsədi ilə öz Facebook səhifəsində NBC Bank-ın Baş Sponsorluğu ilə "Tariximizin tanınmış qadınları" adı altında müsabiqə keçirmişdir. Bununla saytımız həm Facebook sosial şəbəkəsindəki xanım izləyicilərimizi sevindirmiş, həm də tarix və mədəniyyətimizi bir daha təbliğ etməyə çalışmışdır. Layihənin digər sponsorlar Network TechnologiesGo 2 Travel şirkəti olmuşdur.

Müsabiqə 7 gün davam edərək, 2-8 mart tarixlərini əhatə etmişdir.

İştirakçılar hər gün tariximizdə müəyyən iz qoymuş xanımlarla bağlı  1 sualı cavablandırmalı oldu. Ən tez və düzgün cavab verən 10 iştirakçı müvafiq olaraq 1-10 bal toplayırdı. Müsabiqənin sonunda ən çox bal toplayan 4 nəfər qalib seçildi və sponsorlarımızdan hədiyyə qazandı.

Ən sərfəli kredit üçün müraciət et

Qaliblər:

1-ci yer: Mansurova Xəyalə

2-ci yer: Aygün Səxavət qızı

3-cü yer: Səidə Orucova

4-cü yer: Sevinc Əliyeva

Hədiyyələr:
1-ci yer - NBC Bankdan Visa Classic kartı+100 AZN pul
2-ci yer - Network Technologies şirkətindən dəyərli Planşet
3-cü yer - NBC Bankdan Visa Classic+50 AZN
4-cü yer - Go 2 travel turizm şirkətindən 100 manatlıq endirim kuponu

 

Ən sərfəli krediti almaq üçün müraciət et